Azərbaycan Prezidenti İlham Əliyevin Serbiya Prezidenti Boris Tadiçin təkbətək görüşü

 

İyunun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin dərinləşməsi baxımından əhəmiyyəti vurğulandı.

Görüşdə ikitərəfli, regional beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

 

AzərTAc

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 1.