Geniş tərkibdə
danışıqlar
Təkbətək görüş
başa çatdıqdan
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti
Boris Tadiçin nümayəndə heyətlərinin
iştirakı ilə
geniş tərkibdə
danışıqları olmuşdur.
Serbiya Prezidenti Boris Tadiç Azərbaycanı ölkəsinin
mühüm tərəfdaşı
adlandırdı. Bildirdi
ki, ölkələrimizin
siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə
əlaqələri möhkəmləndirmələri
vacibdir. Serbiya Prezidenti Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı bir daha öz dövlətinin
mövqeyini bəyan etdi.
Prezident Boris Tadiç vurğuladı ki, ölkəsi Azərbaycan şirkətlərinin
Serbiyanın nəqliyyat
infrastrukturunda və digər sahələrdə
iştirakında maraqlıdır.
Bu, kənd təsərrüfatı sahəsinə
də aid edilə bilər. Serbiya Azərbaycanın nəqliyyat-tranzit imkanlarından
istifadə etməkdə
də maraqlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan-Serbiya
əlaqələri sürətlə
inkişaf edir. "Bu cür görüşlər
müxtəlif layihələrin
müzakirəsi baxımından
vacibdir", - deyən
Prezident İlham Əliyev ölkələrimiz
arasında qarşılıqlı
inamın mövcud olduğunu söylədi. Bildirdi ki, siyasi
əlaqələrimiz yüksək
səviyyədədir, enerji
sahəsində əməkdaşlığın
yaxşı perspektivləri
vardır.
Dövlətimizin başçısı
Kosovo problemi ilə bağlı Azərbaycanın mövqeyini
bir daha Serbiya Prezidentinin diqqətinə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev ümidvar olduğunu bildirdi ki, hökumətlərarası
komissiyanın fəaliyyəti
əlaqələrimizin daha
da inkişafına öz töhfəsini verəcəkdir.
AzərTAc
Azərbaycan.- 2011.-9 iyun.- S. 1.