Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır :

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 3, maddə 115; 2004-cü il, 9, maddə 665; 2006-cı il, 3, maddə 207, 11, maddə 909; 2007-ci il, 10, maddə 928; 2009-cu il, 10, maddə 761, 12, maddə 944) 16.1-ci maddəsində 1320 rəqəmi 1800 rəqəmi ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 may 2011-ci il.

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 3.