Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport alınması üçün ərizələrin onlayn-rəsmiləşdirməsini tətbiq etmişdir

 

Rusiyanın Azərbaycandakı səfirliyi xarici pasport və Rusiya vətəndaşlığı alınması üçün ərizələrin onlayn-rəsmiləşdirməsini tətbiq etmişdir.

Məlumatda deyilir ki, səfirliyin rəsmi saytının konsul xidmətləri bölməsində Rusiyanın www.passportzu.ru saytına daxil olmaq üçün link yerləşdirilmişdir. Burada vətəndaşlar ərizə yaza, qeydiyyat nömrəsi ala və həmin sənədləri müstəqil çap edə bilərlər.

Yenilik ərizələrin rəsmiləşdirilməsi prosedurunu sadələşdirməyə, məsləhət almaq üçün konsul şöbəsinə getməyə sərf olunan vaxta və vəsaitə qənaət etməyə imkan verir. Bundan əlavə, bu sistem sayəsində vətəndaşlar növbə gözləmədən konsul şöbəsinə yaxınlaşıb, lazımlı sənədləri təhvil verə bilərlər. Əlavə informasiya RF-nin Azərbaycandakı səfirliyinin saytında yerləşdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 6.