Dünya şöhrətli kuturye Pyer Karden Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna beynəlxalq mükafat təqdim etmişdir

 

Dünya şöhrətli fransız dizayneri Pyer Karden Moskvada Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna "Rusiyaya məhəbbətlə" beynəlxalq mükafatını təqdim etmişdir.

AzərTAc İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi Rusiya paytaxtındakı "Metropol"da keçirilmişdir. Mükafatın rəmzi, biri digərinə qızıl gül bağışlayan iki tunc əldən ibarət olan heykəlciyin eskizini kuturye özü yaratmışdır.

"Rusiyaya məhəbbətlə" mükafatına ilk dəfə rəssam Nikas Safronov layiq görülmüşdür.

Bu mükafatın növbəti laureatı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu olmuşdur.

Diplomat səmimi etiraf etmişdir: "Bu insanı "canlı şəkildə" görmək hər birimizin arzusu idi. Onun əlindən mükafat qəbul etmək isə əsl səadətdir".

 

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 9.