Rəsmi qarşılanma mərasimi

 

İyunun 9-da Sloveniya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın Sloveniyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Sloveniyanın dövlət hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olundu.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-11 iyun.- S.1.