Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmişAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 4, maddə 323, ¹ 12, maddə 1034; 2007, ¹ 11, maddə 1105, ¹ 12, maddə 1246; 2009, ¹ 7, maddə 533, ¹ 8, maddə 627, ¹ 10, maddə 773, ¹ 12, maddələr 983, 988; 2010, ¹ 2, maddə 83, ¹ 4, maddə 292, ¹ 11, maddə 966; 2011, ¹ 1, maddə 18, ¹ 2, maddə 85, ¹ 4, maddə 281) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.40-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“9.40. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy vermək;”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 4.