Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 1, maddə 22; 2005, 10, maddə 910; 2008, 11, maddə 970; 2009, 2, maddə 59, 7, maddə 532, 12, maddə 983; 2010, 11, maddə 964; 2011, 2, maddə 85) ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

1. 8.5-ci maddədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə sözləri Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 373 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydalarına uyğun sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 8.51-ci maddə əlavə edilsin:

8.51. Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy verir, dövlət dilinə tərcümə edilmiş mətnin xarici dildə olan mətnə uyğunluğunu təsdiq edir;.

3. 9.2-ci maddə çıxarılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-12 iyun.- S. 4.