2011-ci il aprelin 9-da Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət
Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 2011-ci il aprelin 9-da Bakı
şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
İraq Respublikasının Mədəniyyət Nazirliyi
arasında mədəniyyət sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu
Fərmanın 1-ci hissəsində göstərilən
Memorandumun müddəalarının həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi həmin
Memorandumun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə
İraq Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2011-ci il
Azərbaycan.- 2011.- 14 iyun.- S.
1.