Azərbaycan ilə Özbəkistan arasındakı hərbi sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

İyunun 13-də ölkəmizə rəsmi səfərə gəlmiş Özbəkistanın müdafiə naziri general-mayor Kabul Berdiyev Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdikdən sonra özbəkistanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himnləri səslənmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, geniş tərkibli görüşdə müdafiə nazirləri Azərbaycan ilə Özbəkistan arasında hərbi əməkdaşlıq əlaqələrinin inkişafı və bölgədə hərbi-siyasi vəziyyət barədə geniş fikir mübadiləsi aparmışlar.

Sonra nazirlər arasında təkbətək görüş keçirilmişdir.

 

 

Azərbaycan.- 2011.-14 iyun.- S. 11.