2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərakeş Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2011-ci il martın 14-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Mərakeş Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Mərakeş Krallığı tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.- 15  iyun.- S. 1.