Nazirlər Kabinetində görüş

 

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 14-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycan ilə Özbəkistan arasında tarixi dostluq əlaqələrinin hazırkı durumu inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə Baş nazir Artur Rasizadə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini qeyd etdi. Bildirdi ki, diplomatik əlaqələrimizin möhkəmlənməsi ölkələrimiz arasında hərbi-hüquqi bazanın yaranmasına da şərait yaradacaqdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Artur Rasizadə bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırdı.

Özbəkistanın müdafiə naziri K.Berdiyev ölkəsinin bu münaqişənin həlli ilə bağlı məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini bildirdi.

Görüşdə ölkələrimiz arasında mövcud münasibətlərin inkişafına dair bir sıra məsələlər müzakirə olundu.

 

 

Azərbaycan.- 2011.-15 iyun.- S. 2.