"Pakistan Observer" qəzetində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur

 

Pakistanda ingilis dilində nəşr olunan "Pakistan Observer" qəzetinin 15 iyun tarixli sayında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş məqalə dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ulu öndər Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən dövlətçiliyin möhkəmlənməsi, dünyada nüfuzunun artması istiqamətində gördüyü müstəsna işlərdən bəhs olunur.

Eyni zamanda, ümummilli liderin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycanda bütün sahələrdə mühüm irəliləyişlərin olduğu, ölkənin dünyada tanındığı, Avropa Şurasına və bir çox nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edildiyi oxucuların nəzərinə çatdırılmışdır.

Məqalə barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: httr://erarer.rakobserver.net/201106/15/economywatch.rhr

 

 

Azərbaycan.- 2011.-17 iyun.- S. 3.