Avropa İttifaqı ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verir

 

İyunun 21-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa İttifaqı-Azərbaycan Parlamenti Əməkdaşlığı Komitəsinin 11-ci iclasında iştirak etmək məqsədi ilə ölkəmizə gəlmiş Avropa Parlamentinin üzvləri ilə görüşmüşdür.

Ədliyyə Nazirliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Avropa Qonşuluq Siyasəti Şərq Tərəfdaşlığı çərçivəsində mühüm layihələr, o cümlədən ədliyyə sisteminin inkişafına dair birgə proqram həyata keçirildiyini vurğulamışdır. Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə məhkəmə islahatları, o cümlədən hakimliyə namizədlərin ən mütərəqqi üsullarla seçimi təlimi, yeni regional məhkəmələrin yaradılması, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi barədə məlumat vermişdir.

Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirən qonaqlarprezidentinin, Avropa Parlamenti sədrinin bu il ölkəmizə səfərlərini xatırlatmışlar. Avropalı deputatlar respublikamızın hərtərəfli dinamik inkişafını təqdir edərək, ölkəmizin dünyada ən sabit ölkələrdən olduğunu baş verən mütərəqqi prosesləri yaxından izlədiklərini vurğulamışlar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş, o cümlədən insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı, antikorrupsiya fəaliyyəti barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S.3.