Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

 

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə komitənin yaranma tarixindən, 10 ildə görülən işlərdən danışılmışdır.

Komitənin sədri Hidayət Orucov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 2001-ci il iyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə imzaladığı Fərman bu təşkilatın qarşısına dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi, dini qurumların dövlət qeydiyyatına alınması, zərərli təriqətlərin fəaliyyətinə son qoyulması digər vəzifələr qoymuşdur.

Diqqətə çatdırılmışdır ki, məqsəd dini qurumların problemləri ilə mütəmadi maraqlanmaq bu istiqamətdə aparmaqdır. Komitə sədri hazırda zərərli dini meyillərin qarşısının alınması, dinlə əlaqəsi olmayanların, müəyyən siyasi məqsədlərə xidmət edənlərin özlərini din xadimi kimi göstərməsi probleminin mövcudluğunu bu problemlərin tamam aradan qaldırılması üçün lazımi işlər görüləcəyini qeyd etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qeyd etmişdir ki, Azərbaycanda din ilə dövlət arasında münasibətlərin möhkəmlənməsində, inkişaf etməsində ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. İndi dindarlar ölkənin qanunlarına arxalanırlar. Qanunların icrasını həyata keçirən komitənin 10 illik fəaliyyəti müxtəlif dini qurumlar arasında xoş münasibətlərin qurulmasına səbəb olmuşdur. Vurğulanmışdır ki, dünyada bütün sahələrdə tanınan, beynəlxalq arenada böyük nüfuza malik Azərbaycanın növbəti qələbəsi ölkəmizin ərazi bütövlüyünün bərpası olacaqdır.

Bakının Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxiilov, Azərbaycanın Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç başqaları ümummilli lider Heydər Əliyevin 10 il bundan əvvəl komitənin yaradılması ilə bağlı çox uzaqgörən qərar qəbul etdiyini diqqətə çatdırmışlar. Bildirilmişdir ki, bu təşkilat ölkədə digər dini hökumət qurumları arasında əlaqənin yaradılmasına lazımi kömək göstərir, komitədə dini alimlər, təcrübəli ekspertlər, savadlı ilahiyyatçılar çalışırlar.

 

 

Azərbaycan.- 2011.-22 iyun.- S.6.