Mətbuat Şurasında "Uembli arayışı" kitabının təqdimatı olmuşdur

 

İyunun 21-də Mətbuat Şurasında jurnalist-publisist Məzahir Əhmədoğlunun yeni çapdan çıxmış "Uembli arayışı" kitabının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, yazıçı şairlərin, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə şuranın sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Aqil Abbas digərləri müəllifi təbrik etmişlər.

Bildirilmişdir ki, kitab "Mətbuat cəmiyyət", "Publisistika - məqalələr köşələr", "Dostlar, Həmkarlar" adlı üç bölümdən ibarətdir. Nəşrdə müəllifin son illər yazdığı köşə yazıları, bədii-publisistik, portret məqalələri toplanmışdır.

Kitab İngiltərənin məşhur "Uembli" stadionunun adı ilə adlandırılmışdır. Müəllif bu qeyri-adı seçməklə oxucuya nəyisə birbaşa deməkdən çəkinib onu dolayısı ilə anlatmağa çalışır.

"Uembli arayışı" kitabı Mətbuat Şurasının tövsiyəsi ilə hazırlanmış "Aspoliqraf" nəşriyyatında çap olunmuşdur.

Sonda M.Əhmədoğlu tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 22 iyun.- S.6.