Auditorlar Palatası ilə Azərbaycan Bank Tədris Mərkəzi arasında strateji tərəfdaşlığa dair Əməkdaşlıq Sazişi imzalanmışdır

 

Auditorlar Palatası (AP) ilə Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) arasında strateji tərəfdaşlığa dair Əməkdaşlıq Sazişi imzalanmışdır.

AzərTAc xəbər verir ki, sazişi Palatanın sədri Vahid Novruzov Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev imzalamışlar. Sazişin əsas məqsədi audit mühasibat uçotuna aid birgə seminarların, forumların konfransların təşkili, sertifikatlı audit proqramının hazırlanması, Azərbaycanda audit işinin təşviqi, audit işinin inkişafı istiqamətində birgə araşdırma tədqiqatların aparılması, audit fəaliyyətini tənzimləyən hüquqi aktların təkmilləşdirilməsi üçün birgə tədqiqatların aparılması kimi aktual məsələlər üzrə birgə fəaliyyət göstərməkdən ibarətdir.

Tərəflər şəffaflığın artırılması xarici investisiyaların cəlb olunmasında auditin rolu, audit işinin ölkəmizdə təşviqi istiqamətləri üzrə müzakirələr aparmışlar.

Tərəflər Auditorlar Palatasının hər il apardığı sorğunun işini daha təkmilləşdirmək sorğunun nəticəsindən asılı olaraq audit işini daha yaxşı təşviq etmək barədə qərar qəbul etmişlər.

 

 

Azərbaycan.- 2011.- 22 iyun.- S. 6.