Birləşmiş Millətlər Təşkilatının Baş katibi zati-aliləri cənab Pan Gi Muna

 

Hörmətli cənab Baş katib!

Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan Respublikası ilə BMT arasındakı əməkdaşlığa böyük əhəmiyyət verir, başçılıq etdiyiniz təşkilatın mövcud qlobal çağırışlara qarşı mübarizəsini, dünya ictimaiyyətini narahat edən bütün məsələlərdə fəal mövqeyini hər cür dəstəkləyirik.

Ümidvaram ki, "Minilliyin inkişaf məqsədləri"nə, dünyada sülhün, təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsinə, insanların hüquq və azadlıqlarının təmin edilməsinə nail olmaq yolunda qarşıda duran vəzifələrin həlli istiqamətində birgə işimizi və səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Hörmətli cənab Baş katib!

Bir daha Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, məsul işinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

22 iyun 2011-ci il

 

Azərbaycan.- 2011.-23 iyun.- S.1.