ABŞ-ın nüfuzlu CNN telekanalının internet saytında Azərbaycanla bağlı material dərc edilmişdir

 

ABŞ-ın nüfuzlu CNN telekanalının internet saytında Azərbaycanla bağlı material dərc edilmişdir.

AzərTAc xəbər verir ki, CNN-in hər həftə yenilənən "Where in the world ...?" rubrikasında bu dəfə Bakının görməli yerlərindən birini əks etdirən fotoşəkil dərc edilmişdir.

Nümayiş olunan fotoda Şirvanşahlar sarayı ilə birlikdə tikilməkdə olan "Alov qüllələri" əks olunmuşdur.

Çoxmilyonlu beynəlxalq auditoriyaya təqdim olunan məlumatda qeyd olunur ki, keçmişlə gələcəyin qovuşduğu şəkildə Azərbaycanın paytaxtı Bakı əks olunmuşdur. Bildirilir ki, ön planda XV əsr memarlıq sənətinin nadir nümunələrindən olan Şirvanşahlar sarayıdır və bu abidə YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmişdir.

Şəkildə arxa planda isə tikilməkdə olan "Alov qüllələri"nin olduğu bildirilir. 39 mərtəbədən ibarət olacaq bu 3 hündür göydələnlərdə otel, yaşayış və ofislərin yerləşəcəyi qeyd edilir. Materialla bu ünvanda tanış olmaq mümkündür:

(http://edition.cnn.com/2011/WORLD/asiapcf/06/20/where.in.the.world/index.html?iref=allsearch)

 

 

Azərbaycan.- 2011.- 23  iyun.- S.  3.