Malayziyanın "China Press" qəzetində Azərbaycanın səfirinin müsahibəsi dərc olunmuşdur

 

Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimovun bu ölkənin nüfuzlu nəşrlərindən olan "China Press" qəzetində geniş müsahibəsi dərc edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, çin mənşəli malayziyalılar tərəfindən ən çox oxunan "China Press" qəzetindəki müsahibədə səfir T.Kərimovun Malayziyaya gəlişi, ölkə haqqında ilk təəssüratları, buranın iqliminə uyğunlaşması, səfirliyin yerləşəcəyi inzibati binanın müəyyən edilməsi, Malayziya Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri geniş işıqlandırılmışdır. Bundan əlavə, səfirliyin açılmasından sonra həyata keçirilən tədbirlər, iki ölkə arasında ticarət əlaqələri, ölkəmizin mədəniyyəti, malay dilinə tərcümə edilmiş Azərbaycan nağılları görkəmli şairlərimizin şeir kitabları, Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin dinamik inkişafından respublikamızda aparılan genişmiqyaslı quruculuq işlərindən ətraflı söhbət açılmışdır.

 

 

Azərbaycan.- 2011.-25 iyun.- S. 7.