Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfərə gəlmişdir

 

İyunun 28-də Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Fələstin Dövlətinin Prezidentinə gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Baş nazirin müavini Abid Şərifov arasında qısa protokol söhbəti oldu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29  iyun.- S.  4.