Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmişİnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 31 may tarixli 135-IVQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 9, maddə 872; 2008, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə 364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009, ¹ 2, maddələr 59, 69, 73, ¹ 5, maddə 321, ¹ 6, maddə 421; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddələr 180, 184, 193, ¹ 6, maddə 494, ¹ 7, maddə 606, ¹ 8, maddə 716, ¹ 10, maddə 849) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.3-cü bəndində “151.1-ci, 153.1-153.4-cü maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-ci, 155.2-ci, 155.6-cı” sözləri “151.1-151.3-cü, 152.1-152.3-cü, 152-1.1-ci, 152-1.2-ci, 152-2.1-ci, 153.1-153.5-ci maddələrində, 154.1-ci maddəsində (fiziki şəxslər barəsində), 155.1-155.3-cü, 155.6-cı, 156-cı, 156-1-ci” sözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 iyun 2011-ci il.

 

Azərbaycan.- 2011.-29 iyun.- S.  5.