Şəhidlər xiyabanını ziyarət

 

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas iyunun 29-da Azərbaycanın azadlığı bütövlüyü uğrunda həlak olan qəhrəman oğul qızlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fələstin Prezidenti Mahmud Abbas "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Fələstinin Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra Prezident Mahmud Abbas Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-30 iyun.- S.  3.