Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər haqqında məqalə İsveçin aparıcı xəbər saytında dərc edilmişdir

 

İsveçdə ən çox müraciət edilən, İsveç siyasətçiləri ölkənin ekspertlər birliyinin nümayəndələri arasında çox populyar xəbər analitik saytlardan olan newsmill.se nəşrində İra Bağırovanın Xocalı soyqırımından bəhs edən "Parlament vaxta qədər erməni lobbisinin çaldığı havaya oynayacaqdır?" sərlövhəli məqaləsi yerləşdirmişdir.

Müəllif yazır ki, isveçli vergi ödəyicilərindən biri kimi bir fakt onu çox hiddətləndirir: parlamentin bəzi deputatları öz vaxtlarını xalqın pullarını İsveçdən uzaq isveçlilərə yabançı bir ölkə olan Ermənistanın mənafelərinin qorunmasına öz vətəninin mənafelərindən daha çox vaxt pul sərf edir. Əgər bu deputatlar Ermənistanın problemlərinə onun uydurduğu "soyqırımı" məsələsinə görə bu qədər narahatlıq keçirirlərsə, onlar 19 il bundan əvvəl Azərbaycanın kiçik Xocalı şəhərində baş vermiş hadisələrlə nə üçün maraqlanmırlar? Bu, onların bir şeyi başa düşməsinə kömək edərdi ki, öz seçicilərinin ehtiyaclarına qayğı göstərmək əvəzinə, insanlığa qarşı cinayətlər törətməkdə qonşu dövlətin ərazisini işğal etməkdə təqsirkar olan ölkənin maraqlarını müdafiə edirlər.

Məqalədə Ermənistanın indiki prezidenti Serj Sarkisyanın bir etirafına da istinad edilir ki, ermənilər həqiqətən bu cinayəti törətmişlər. Müəllif İsveç ictimaiyyətinin nəzərinə çatdırır ki, Xocalı soyqırımı hələ beynəlxalq birlik tərəfindən təhqiq edilməmişdir, cinayətkarları isə bu gün Ermənistanda "qəhrəmanlar" kimi alqışlayırlar.

"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dərc edilmiş məqalə İsveç dilində çapdan çıxmış bu ölkənin siyasi isteblişmentinə ünvanlamışdır.

Məqalənin ünvanı: http://www.newsmill.se/artikel/2011/02/26/hur-l-nge-skall-riksdagen-dansa-efter-den-armeniska-lobbyns-pipa

Məqalə ilə tanış olmaq üçün, məsələn,

http://smartlinkcorp.com/translation-software/about.html onlayn-tərcümə proqramlarından istifadə etmək olar. Bu halda proqramın menyusunda İsveç dilindən rus dilinə tərcümə variantını seçmək lazımdır.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2011.-1 mart.- S. 7.