Dünya dəyişir... təhlükə isə qalır

 

1 mart Ümumdünya Mülki Müdafiə Günüdür

 

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) tarixi 1931-ci ildən başlayır. 1972-ci ildən etibarən isə Təşkilatın Baş Məclisinin qərarı ilə hər il martın 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Hazırda bu təşkilata dünyanın 55-ə yaxın ölkəsi qoşulub. BMMT -nin əhatə etdiyi dövlətlərdə məqsəd dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, habelə təbii fəlakətlər iri qəzalar zamanı dövlətlərarası qarşılıqlı yardımı təşkil etməkdir.

Azərbaycan Respublikası 1993-cü ildə bu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş onun keçirdiyi bütün tədbirlərin fəal iştirakçısıdır.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı 1995-ci ildən başlayaraq təşkilata üzv olan dövlətlərdə hər il konkret bir mövzuya həsr olunan kütləvi tədbirlərin keçirilməsini təşkil edir. Builki tədbiri "Mülki Müdafiə sistemində qadınların rolu fəaliyyəti" mövzusuna həsr etmək tövsiyə olunmuşdur.

Əhaliyə sülh müharibə dövrlərindəki fövqəladə hallarda mühafizə fəaliyyət qaydalarının öyrədilməsi mülki müdafiənin əsas vəzifələrindən biridir. Bu vəzifə respublika Nazirlər Kabinetinin 703 ¹-li qərarı ilə təsdiq olunmuş "Əhalinin mülki müdafiəyə hazırlanması haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq yerinə yetirilir.

Elm texnikanin sürətlə inkişaf etdiyi son dövrlərdə insanların təhlükəsizliyinin təminatı indi daha mühüm əhəmiyyət kəsb edir. Çünki mürəkkəb sistemlərin tətbiqi, əsasən təbii, texnogen, ekoloji hadisələrin mövcudluğu ətraf mühitə, xüsusən əhalinin həyatına, sağlamlığına, bir sözlə, təhlükəsizliyinə təsirini göstərir.

Son illər ölkəmizdə bu sahəyə xüsusi diqqət yetirilir. Beş il əvvəl Fövqəladə Hallar Nazirliyi, onun maddi-texniki bazası yaradıldı, müasir texniki avadanlıq alındı. Bir neçə gün əvvəl isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağını təqdim etdi, görülən işləri yüksək qiymətləndirərək dedi: "Nazirliyin bütün strukturlarında formalaşma prosesi, demək olar ki, başa çatmışdır nazirliyin fəaliyyəti hazırda ən yüksək standartlara cavab verir. Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdirmişlər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə qiymətləndirilir".

Bütün hallarda təhlükə haqqında xəbərdarlığın əsas vasitəsi radio televiziyadır. Lakin əhalini daha tez xəbərdar etmək üçün fövqəladə hallarda sirenalardan, nəqliyyat vasitələrinin siqnallarından da istifadə edilir. Bizim müəssisəmiz özündə 12000-dən çox işçini birləşdirir. İnzibati binada çalışanların ekstremal şəraitdə mühafizəsi üçün müasir tələblərə cavab verə biləcək sığınacaq vardır. Sığınacaq mühafizə avadanlıqları, fərdi mühafizə vasitələri, rabitə sistemi ilə təmin edilmişdir.

Dünya sürətlə dəyişdiyi üçün əhalinin mülki müdafiəyə hazırlanmasında təlimlərin, məşqlərin, kompleks yoxlamaların böyük əhəmiyyəti vardır. Belə tədbirlər zamanı mühafizəyə hazırlığın vəziyyətinə bir növ baxış keçirilir, çatışmazlıqlar aradan qaldırılır, ekstremal hallarda necə hərəkət etmək yolları üsulları işçilərə əyani surətdə göstərilir, mülki müdafiə rəhbərləri idarəetmə vərdişləri qazanırlar. Mühafizəyə hazırlığın düzgün təşkili həm işçilərin MM biliklərinə vərdişlərinə yiyələnmələri, vaxtaşırı keçirilən təlimlər məşqlər kollektiv fərdi mühafizə vasitələrinin daim saz vəziyyətdə saxlanması deməkdir.

MM biliklərinin yayılmasında tədris məşğələlərinin keçirilməsi böyük əhəmiyyət kəsb edir. "Azenco" ASC-də ilin əvvəlində MM-yə hazırlıq üzrə tədris qruplarının heyəti, rəhbərləri müəyyənləşdirilir, məşğələlərin mövzuları dəqiqləşdirilib rəhbərlik tərəfindən təsdiq edilir. Tədris qruplarında normativ sənədlərin, MM haqqında əsasnamənin, mühafizənin prinsipləri üsullarının mənimsənilməsinə ciddi örnək verilir.

Mülki Müdafiə işini dayanıqlı təşkil etmək üçün müəssisəmizdə idarəetmə mərkəzi yaradılıb. Mərkəz obyekt rəhbərinin otağıdır. Burada əsas rabitə vasitələri kimi mobil, şəhərarası, daxili telefonlardan faksdan istifadə olunur.

Xətai Rayon Fövqəladə Hallar Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Rasim İsgəndərov baş köməkçi polkovnik-leytenant Əlisalam Hacıyev müəssisəmizdə MM işinin təşkilində bizə həmişə yardımçı olurlar.

 

 

Mayis KAZIMOV,

"Azenco"ASC-nin Mülki

Müdafiə Qərargahının rəisi

 

Azərbaycan.-2011.- 1 mart.- S.7.