Pakistanın ingilisdilli "The Daily Mail" qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc olunmuşdur

 

Pakistanın ingilisdilli "The Daily Mail" qəzetində Aamir Mahmud Bhattinin "Xocalı soyqırımı - XX əsrin ən böyük faciəsi" adlı məqaləsi dərc olunmuşdur.

Məqalədə bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törətmişlər. Azərbaycan xalqına qarşı törədilmiş bu qətliam bütün bəşəriyyətə qarşı yönəlmiş barbarlıq aktı cinayətdir. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşmüşdür.

Müəllif qeyd edir ki, ermənilər dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirirmişlər. Onlar insanların başlarını bədənlərinin müxtəlif üzvlərini kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınlara ağır işgəncələr verirdilər. Qanlı qırğın zamanı qadağan olunmuş güllələrdən istifadə olunmuşdur. Bütün bu faktlar sübut edir ki, ermənilər, Cenevrə konvensiyası da daxil olmaqla, beynəlxalq hüquqi aktları pozaraq Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmişlər. Bu, həm ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını sübut edir.

Müəllif məqalədə Xocalı soyqırımına dair dünya mətbuatında dərc olunmuş faktlardan geniş şəkildə istifadə etmişdir.

 

 

Azərbaycan.- 2011.-2 mart.- S. 7.