Azərbaycanın Baş naziri Artur Rasizadə Tatarıstan Prezidenti Rustam Minnixanov birgə şam etmişlər

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə və ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də birgə şam etmişlər.

Səmimi söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Tatarıstan Respublikası arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 mart.- S. 1.