Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun Azərbaycana işgüzar səfəri

 

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

 Ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanov martın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-3 mart.- S. 2.