"Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı" təsdiq edilsin (əlavə olunur).

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-4 mart.- S.3.