Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elm, təhsil səhiyyənin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Baxşəliyeva Sona Balabəy qızı

Qəti Lalə Abbasəli qızı

Mirzəzadə Rəna Rza qızı

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 mart.- S.  2.