“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 57-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 57-IVQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetininmüvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilmə qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 1 fevral tarixli 57-IVQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 28.2-ci maddəsinin üçüncü cümləsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.5-ci maddəsində və 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində nəzərdə tutulmuşmüvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya həyata keçirir;

2.3. həmin Qanunun 28.6–1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları və yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 6, maddə 420; 2010-cu il, ¹ 3, maddə 183) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5-ci hissədə “30 gün ərzində” sözlərindən sonraKomissiyaya müraciət edə bilərlər. Forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müraciət elektronya kağız daşıyıcılar vasitəsilə göndərilə bilər. Bu qaydalarda nəzərdə tutulmuş test imtahanından müvəffəqiyyətlə çıxan namizədlər” sözləri əlavə edilsin;

3.2. 6.3-cü bəndin birincidördüncü abzaslarında “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

3.3. 8-ci hissədə “və keçid balları” sözləri çıxarılsın;

3.4. 9-cu hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini, inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.”;

3.5. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

“10. Test imtahanından müvəffəqiyyətlə çıxanlar bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş sənədləri 10 günü ərzində Komissiyaya təqdim edir və müsahibəyə buraxılırlar. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.”;

3.6. 14-cü hissə üzrə:

3.6.1. ikinci abzasın birinci cümləsində “vakant vəzifəyə təyin edilmək üçün” sözlərindən sonra “5 günü müddətində” sözləri əlavə edilsin;

3.6.2. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində Komissiyada və dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifələr olduqda, namizədlər onların razılığı ilə analoji vəzifələrə təyin edilməli və təyin olunduğu gündən 5 günü müddətində Komissiyaya bu barədə məlumat verilməlidir. Həmin müddət ərzində digər dövlət orqanlarında analoji vakant vəzifələr olduqda, Komissiya qeyd olunan namizədləri onların razılığı ilə analoji vəzifələrə təyin olunmaq üçün müvafiq dövlət orqanının rəhbərinə təqdim edir və təyin olunduğu gündən 5 günü müddətində bu barədə namizədin ehtiyat kadr kimi saxlandığı dövlət orqanına məlumat verir.”;

3.6.3. dördüncü abzasda “bitdikdən sonra” sözlərindən sonra “və ya həmin müddət ərzində namizədlər inzibati vəzifələrə təyin edildikdə” sözləri əlavə edilsin;

3.7. 16-cı hissənin birinci cümləsində “10” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin.

 

İlham Əliyev,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 mart 2011-ci il.

 

Azərbaycan. - 2011.- 5 mart.- S. 1.