İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir

 

Martın 4-də İqtisadi İnkişaf Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, qurum tərəfindən görüləcək işlərlə bağlı geniş kollegiya iclası keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, iclasda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması, müasir texnologiyalara əsaslanan yerli istehsalın gücləndirilməsi, üzümçülüyün inkişafına dair Dövlət Proqramının hazırlanması, taxılçılığın inkişafı toxum təminatının yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin tam təmin olunması, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, inkişaf etmiş ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılması, sənayeləşmənin sürətləndirilməsi, süni qiymət artımına inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi digər sahələrdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunmuşdur.

İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar vermişdir.

Kollegiya iclasında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 6 mart.- S. 4.