BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə Xocalı qətliamı ilə bağlı məktub göndərilmişdir

 

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Xocalı qətliamı ilə bağlı BMT-nin Baş katibinə məktub ünvanlamışdır. Məktub BMT-yə üzv dövlətlərin nümayəndəliklərinə göndərilmişdir.

Məktubda vurğulanır: "Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə erməni silahlı birləşmələri tərəfindən törədilmiş bu qətliam onu göstərir ki, ən ağır beynəlxalq cinayətlərə görə cəzasızlığa son qoyulması təkcə fərdi cinayət məsuliyyəti baxımından deyil, həm sülh, ədalət, barışıq zərərçəkmişlərin hüquqları baxımından çox vacibdir".

A.Mehdiyev qeyd etmişdir ki, hərbi cinayətlər, insanlığa qarşı cinayətlər soyqırımı kimi dəhşətli beynəlxalq cinayətlər Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində törədilmişdir. Şəhərin işğal olunması nəticəsində yüzlərlə azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar yaşlı insanlar öldürülmüş, minlərlə dinc sakin yaralanmış girov götürülmüş, bir çoxu itkin düşmüş, şəhər isə yerlə yeksan olmuşdur.

Məktubda bildirilir ki, Xocalıda ağlasığmaz vəhşiliklər törədilmişdir. Hamilə qadınların başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər isə tanınmaz hala salınmışdır. Bu faktlar onu sübut edir ki, Xocalı sakinlərinə qarşı törədilmiş qırğının məqsədi onları azərbaycanlı olduqları üçün məhv etmək idi. Xocalı sonrakı təcavüz, işğal etnik təmizləmə üçün meydan kimi seçilmişdi.

Ermənistan rəsmiləri azərbaycanlılara qarşı törədilmiş vəhşilikləri millətin ölkənin müasir tarixə yolunu açan şanlı qələbə kimi qələmə verirlər. Azərbaycan hökuməti dəfələrlə qeyd etmişdir ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində törədilmiş digər dəhşətli cinayətlərə görə Ermənistan beynəlxalq hüquq qarşısında məsuliyyət daşımalı bu cinayətlərin törədilməsində iştirak edənlər, onlarla əlbir olanlar fərdi cinayət məsuliyyətinə cəlb olunmalıdır.

 

 

Azərbaycan.- 2011.- 8 mart.- S. 2.