Bakı Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

Bakı Dövlət Universitetində (BDU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixindən danışmış, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın öz fəaliyyəti ilə bütün Azərbaycan qadınlarına nümunə olduğunu vurğulamışdır.

Xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında inkişafında qadınların müstəsna rolunu xatırladan akademik A.Məhərrəmov əlamətdar gün münasibətilə qadınları təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.

Bakı Dövlət Universitetində çalışan qadın əməkdaşlardan bir qrupu səmərəli fəaliyyətinə görə mükafatlandırılmışdır.

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.- 8 mart.- S.  4.