Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 7 aprel tarixli sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd edilir.

Bu əlamətdar gün münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülmüş, "Əbədi məşəl" abidəsi ziyarət edilmişdir.

 

 

Azərbaycan.- 2011.-11 mart.- S. 3.