Azərbaycanın müdafiə naziri Brüsselə yola düşmüşdür

 

Martın 10-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Brüsselə yola düşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Səfər Əbiyev Brüsselə NATO Baş katibinin dəvəti ilə Şimali Atlantika Şurasının İSAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələrinin müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün getmişdir.

 

 

Azərbaycan.- 2011.-11 mart.- S. 2.