İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin Azərbaycana rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

Martın 14-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti xanım Mişelin Kalmi-Reyi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mişelin Kalmi-Reyə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S. 1.