Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-15 mart.- S. 3.