M.M.Pənahovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Məzahir Məhəmməd oğlu Pənahov "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-15 mart.- S. 2.