"Qarabağ" TV fəaliyyətə başlamışdır

 

Martın 14-dən "YouTube" videomaterial hostinq xidmətində Dağlıq Qarabağa dair ilk videokanal (www.youtube.com/KarabakhTV) fəaliyyətə başlamışdır.

AzərTAc xəbər verir ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən yaradılmış "Qarabağ" TV-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri əks etdirən videomateriallar yerləşdirilmişdir.

"YouTube" istifadəçiləri bu kanalda "Fəryad", CNN Türk telekanalının hazırladığı "Xocalı genosidi" s. filmləri izləyə bilərlər. "Qarabağ" TV-də münaqişə, Dağlıq Qarabağ işğal olunmuş rayonlarımız haqqında videoların, filmlərin, müsahibələrin digər görüntülərin yerləşdirilməsi davam edir.

 

 

Azərbaycan.- 2011.-15 mart.- S. 4.