Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avstriyanın ölkəmizdəki səfiri ilə görüşmüşdür

 

Heydər Əliyev Fondunun fəaliyyəti Avropada yüksək qiymətləndirilir təqdir edilir.

Bu fikir Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın martın 15-də Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşündə səslənmişdir.

Görüşdə qonağa Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 7 ildir fəaliyyət göstərən fond Azərbaycanın tərəqqisi xalqımızın rifahı naminə genişmiqyaslı proqram layihələr həyata keçirir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan fondun məqsədi ulu öndərin zəngin irsini öyrənmək təbliğ etmək, görkəmli siyasət dövlət xadiminin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, qonaqlarda əyani təsəvvür yaratmaqdır. Bununla bərabər, fond təhsil, səhiyyə, mədəniyyət, elm sahələri ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Uşaq evləri internat məktəblərinin inkişafı", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" layihə proqramları müstəqil Azərbaycanın sürətli inkişaf perspektivlərinə hesablanmışdır.

Fondun genişmiqyaslı beynəlxalq əlaqələrindən danışan Mehriban xanım Əliyeva YUNİSEF, YUNESKO, BMT-nin İnkişaf Proqramı kimi nüfuzlu qurumlarla uğurlu əməkdaşlığın qurulduğunu diqqətə çatdırmışdır.

Səfir xanım Silvia Mayer-Kaybiç Heydər Əliyev Fondunun həm ölkə daxilində, həm onun hüdudlarından kənarda gördüyü nəcib işlərin Avropada da yüksək qiymətləndirildiyini bildirmiş, bu fəaliyyətin humanitar əhəmiyyətini örnək olduğunu xüsusi qeyd etmişdir.

Görüşdə təhsil mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-16 mart.- S. 3.