Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir

 

Martın 17-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir A.Rasizadə Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara məlumat verən Artur Rasizadə bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü diqqətə çatdırmışdır.

Ukraynanın müdafiə naziri Mixail Yejel ölkəsinin bu münaqişənin həlli ilə bağlı məsələdə Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-18 mart.- S. 1.