Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür

 

Azərbaycan dövləti gəncliyin inkişafı ilə bağlı vacib işlər görür.

AzərTAc xəbər verir ki bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov martın 17-də Bakı Əyləncə Mərkəzində partiyanın Gənclər Birliyinin (GB) Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirdə demişdir.

Gəncləri Novruz bayramı münasibətilə təbrik edən YAP sədrinin müavini onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Ə.Əhmədov vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müstəqil Azərbaycan dövlətinin müasir gəncliyin inkişafı ilə bağlı mühüm proqramların həyata keçirdiyini qeyd edən Ə.Əhmədov demişdir ki, gənclərin yüksək təhsil alması, bilik bacarıqlarını inkişaf etdirməsi üçün hər cür şərait yaradılmışdır.

YAP sədrinin müavini ölkəmizin müasirləşməsində, ictimai-siyasi həyatında partiyanın gənclərinin yaxından iştirak etdiyini bildirmiş onları daha da fəal olmağa çağırmışdır.

YAP GB-nin sədri Seymur Orucov, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər idman nazirinin müavini İntiqam Babayev başqaları da tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etmiş, dövlətimizin başçısının müasir Azərbaycan gəncliyinə göstərdiyi diqqət qayğıdan danışmışlar.

Tədbirdə YAP İdarə Heyətinin Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Gənclər Birliyinin Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları iştirak etmişlər. Sonda konsert proqramı olmuşdur.

 

 

Azərbaycan.- 2011.-18 mart.- S. 2.