Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına yönəlmiş əməliyyat tədbirlərinin həyata keçirilməsində, beynəlxalq terrorçuluq transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

 

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

 

Əliyev İlqar Mustafa oğlu - polkovnik-leytenant

Əsədullayev Ədalət Hüseyn oğlu - general-mayor

 

"Vətən uğrunda" medalı ilə

 

Əhmədov Fuad Ramiz oğlu - mayor

Hüseynov Rüstəm Məhəmməd oğlu - mayor

İbrahimov Rövşən Xudaverdi oğlu - kapitan

Ləzgiyev Akif Əkbər oğlu - polkovnik-leytenant

Məmmədov Səlim İmran oğlu - polkovnik

Seyidov Cavid Mircəfər oğlu - polkovnik-leytenant

 

"İgidliyə görə" medalı ilə

 

Camalxanov Zaur Vəli oğlu - mayor

Eyvazov Əbil Məmməd oğlu - mayor

Nuruşov Vüsal Elfrond oğlu - baş leytenant

Süleymanov Elşən Müzəffər oğlu - baş leytenant

 

"Hərbi xidmətlərə görə" medalı ilə

 

Əhmədov Ramin Hüseyn oğlu - mayor

Qasımov Mahir Rəhman oğlu - ədliyyə polkovnik-leytenantı

Muxtarov Vüqar Muxtar oğlu - mayor

Mustafayev Saleh Rahid oğlu - mayor

Orucəliyev Elnur Akif oğlu - mayor

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2011-ci il

 

Azərbaycan.- 2011.-  19 mart.- S.  1.