Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı qeyd olunmuşdur

 

Martın 19-da Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibətilə qəbul təşkil edilmişdir.

Qəbulda dövlət hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin ölkəmizdəki səfirləri, türkiyəli adamları ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanda Novruzu qeyd etməkdən böyük sevinc hissi duyduğunu deyən Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç xalqımızı bayram münasibətilə təbrik etmişdir. Diplomat Novruzun azərbaycanlılara bütün türk dünyasına sülh, əmin-amanlıq, sevinc, bərəkət gətirməsini arzulamışdır.

Sonda tədbir iştirakçıları Novruz adət-ənənəsinə uyğun olaraq bayram tonqalının üzərindən tullanmışlar.

 

 

Azərbaycan.- 2011.-20 mart.- S. 7.