Pakistan İslam Respublikasının Prezidenti zati-aliləri cənab Asif Əli Zərdariyə

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi Sizin simanızda bütün xalqınızı öz adımdan Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Pakistan xalqına sülh rifah diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 3 mart 2011-ci il

 

Azərbaycan.- 2011.- 29 mart.- S. 1.