"Euronews" telekanalı "Azərbaycanda Novruz" adlı reportaj yayımlayır

 

AzərTAc xəbər verir ki, "Euronews" telekanalı "Azərbaycanda Novruz" adlı reportaj yayımlayır.

Novruzun tarixi, adət-ənənələri haqqında ətraflı məlumat verilən reportajda vurğulanır ki, Novruz Azərbaycanın ən sevimli bayramlarındandır. Təbiətin oyanışından xəbər verən bu bayramda yeni ilin gəlişi qeyd olunur. Bir həftə ərzində Bakı küçələri bayram şənliklərinin mərkəzinə çevrilir.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev müsahibəsində bildirir ki, Azərbaycan xalqı adət-ənənələri ilə seçilir. Bunların sırasında Novruz bayramı xüsusi yer tutur.

Reportajda həmçinin Novruzun YUNESKO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edildiyi vurğulanır, Azərbaycan mətbəxindən, bayram şirniyyatlarından, tonqal üstündən tullanmaq adətlərindən danışılır.

 

 

Azərbaycan.- 2011.- 30 mart.- S.  1.