Üzü bəri baxan dağlar

 

...O dağlar xatirimdə elə beləcə də qalıb: əzəmətli, möhtəşəm, əlçatmaz...

...O dağları heç cür unuda bilmirəm. Kəndimizi ovcuna alan, kövşənlərində ətirli çiyələk dərib şırran bulaqlarında baldırğan yığdığımız, Bakının nəfəs pörşəldən istisində zirvələrində qarın xarladığı, sıldırım gədiklərindən köhlən atla bir də keçmək arzusunu gəzdirdiyim dağları. Əslində, o dağları başqalarından fərqləndirən elə bir məxsusi özəlliyi yoxdur da. Sadəcə, onlar bizim dağlar idi. Zalım ermənilər araya ayrılıq möhnətini salandan bəri bir qədər dərdli, qubarlı, beli bükülmüş dağlar. Bir də ki, tarixin nataraz gərdişi onu iki dəfə - ötən əsrin əvvəllərində və sonunda millətimin soyqırımının günahsız şahidinə çevirdi.

...Nankor ermənilərin azğınlıqları barədə ilk dəfə babamdan eşitmişəm. Cəmi Zəngəzur mahalının vurub-tutan igidlərindən sayılan Səməd yüzbaşının oğlu Mürsəl babam abid və müdrik olmaqla yanaşı, həm də canlı ensiklopediya idi. Dünyanın çox gərdişlərindən baş çıxarmayan, bağ yolmağı, çayda çimməyi tarix dinləməkdən əfzəl sayan balaca bir məktəbliyə el-obamızın tarixi, ermənilərin nəslimizin başına gətirdiyi faciələrin təfsilatı barədə elə səbir və təmkinlə, təkrar-təkrar söhbət açmağının səbəblərini sonralar anladım. Və sonralar hər yay kəndə gedəndə xeyir-şər məclislərində köhnə kişilərin xatirələrini dinlədikcə, Bakıda xan kefində gəzən ermənilərin babalarının əzazilliyinə, qəddarlığına heyrətlənərdim. Və şəhərə qayıdan kimi içimdə yığılıb qalmış o qəzəb və nifrət vulkanını söndürmək üçün mütləq bir bəhanə tapıb məhəllədəki erməni dığalarından beş-altısının dərsini verərdim.

Bu, mənim dərsim idi. Məktəbyaşlı bir azərbaycanlının babasının xatirələrində dil açmış tarixdən əxz etdiyi dərs. Ancaq əfsuslar olsun ki, əsl tarix dərslikləri uzun illər bir millətin əzabkeş və faciəli taleyinə bais olmuş həmin həqiqətləri beynəlmiləl dostluq siyasəti ilə qaralamağa çalışmışdı. Soyqırımdan danışanlar "partbüro"nun soyqırımına məruz qalırdılar. Deportasiya Lenin milli siyasətinin mücərrəd ideoloji kanonları ilə izah edilirdi.

"Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin eramızdan əvvəl Tiqranın çarlığı ilə 29 il yaşayan və romalı Lukullun sayca 13 dəfə kiçik dəstəsi ilə darmadağın edilən dövlətindən başqa tarix boyu heç vaxt müstəqil dövlət birləşməsi olmamışdır. Lakin sonralar xəstə təxəyyüllü ermənilər mübarizə metodlarını "avanqardlaşdıraraq" hıçqırtı, şantaj, ələalma, terror, təbliğat kimi müasir və daha mürtəce mübarizə üsullarına keçdilər. Beləliklə, "erməni işi", başqa sözlə desək, "erməni hərəkatı" yarandı. Onun ideoloji istinadgahı "Qnçak", "Daşnaksütyun", zərbə dəstəsi yazıçılar, şairlər, ictimai-siyasi xadimlər və s., məqsədi isə qonşularından torpaq qoparmaq, "dənizdən-dənizə böyük Ermənistan" sərsəm ideyasını reallaşdırmaq idi. Bu alçaq niyyətlərini həyata keçirmək üçün tarix boyu ermənilər ən iyrənc, qeyri-insani vasitələrdən belə çəkinməyiblər.

Haşiyə: 2001-ci ilin oktyabrı idi. Bir qrup jurnalist ATƏT xətti ilə Ermənistana səfər etmişdik. Proqrama Eçmiədzində bütün ermənilərin katolikosu ilə görüş də salınmışdı. Özü azarlamışdı, ya müsaid saymamışdı-nəydi, bizi müavini yepiskop Paren Avetikyan qarşılayıb iqamətgahla tanış olmağa dəvət etdi. Bura incəsənət muzeyini xatırladırdı. Diqqətimi erməni rəssamlarının fırçasına məxsus 13 rəsm əsəri cəlb etdi. Yağlı boya ilə çəkilmiş bu əsərlərin hər biri dəniz mövzusuna həsr olunmuşdu. Görünəni bu idi ki, "o taylı, bu taylı" ermənilər əsrlərdən bəri qara qəlblərinin qaranlıq dərinliklərində bəsləyib əzizlədikləri "dənizdən-dənizə" xülyasını heç olmasa kətandaca reallaşdırmağa çalışmışdılar. Bu torpaqlarda özümü ev yiyəsi hesab etdiyimdəndir ki, "qonaq etikası" anlayışını kənara ataraq osmanlı türkcəsində səlis danışan yepiskopdan ermənilərin bu dəniz sevdasının səbəbini soruşdum. "Qədim erməni" riyakarlığının daha bir nişanəsi olan nəzakətli və kübar davranışı ilə bizi ram etməyə çalışan din xadimi, heç şübhəsiz, "mizrabın hansı simlərdə gəzişdiyindən" agah idi, amma söhbəti sırf yaradıcılıq müstəvisinə yönəltdi.

On illərdir ki, dünyanı cəfəng "Böyük Ermənistan" ideyasına inandırmaq istəyən hayların təbliğat maşını var qüvvəsi ilə "erməni soyqırımı" məsələsini gündəmə sırımağa çalışır. "İnsan (türk) ağrılarından bəhs edən həqiqətlər əvəzinə, qəddar türk və xeyirxah erməni haqqında böyük mif" yarandı və dünyaya ayaq açdı. Bu yalan sonralar daşnakçılığın ideya-nəzəri qayəsini təşkil etdi. Erməniçilik hərəkatının mövcud olduğu tarixin tədqiqi belə bir qənaəti səbəbləndirir ki, bu adamlara nə yeni ərazilər, nə Ağrı dağı, nə də Qarabağ lazım olub. Onlara münaqişə ocaqları, terror, mübarizə, müharibə, bir sözlə, mənfi ovqatla yüklənmiş proseslər lazımdır. Çünki bu, murdar erməni xislətini ortaya qoymaq üçün ən münbit zəmindir. Təəssüflər olsun ki, özünün imperiya siyasətinə dindaşları arasında sadiq (oxu: müti - X.N.) müttəfiq (vassal - X.N.) axtaran çar Rusiyasının seçimi öz tarixçi şərqşünaslarının da yazdığı kimi, satqın və qorxaq ermənilərin üzərinə düşüb. 1828-1920-ci illər aralığında Rusiyanın bilavasitə iştirakı ilə iki milyon nəfərdən artıq azərbaycanlı dədə-baba torpağından çıxarılaraq bu yerlərdə ermənilər məskunlaşdırılmışdır. XIX əsrin əvvəllərində İrəvan quberniyası əhalisinin 80 faizi müsəlmanlardan ibarət olub. Beləliklə, 1828-1832-ci, 1877-1878-ci, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-ci illərdə azərbaycanlılara qarşı planlı şəkildə deportasiya və soyqırımı siyasəti tətbiq edilmişdir.

1918-1920-ci illərdə əsasən azərbaycanlıların məskunlaşdıqları tarixi Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikası rus imperiyasının bəsləyib böyütdüyü və leninçi bolşevik hökumətinin həyata keçirdiyi şovinist-millətçi siyasətin bədheybət övladı kimi peyda oldu. Daşnakların üstünlük təşkil etdiyi hökumətin "Türksüz Ermənistan doktrinası... rəsmi dövlət siyasəti səviyyəsinə qaldırılmış, yüzlərlə azərbaycanlı kəndinin dağıdılması, yandırılması, on minlərlə azərbaycanlının məhv edilməsi, yaxud zorla, ölüm təhdidi altında doğma yurdlarından qovulması ilə nəticələnmişdir" (akademik R.Mehdiyev, "Azərbaycanın inkişaf dialektikası", Bakı, 2000).

Ermənilərin Naxçıvanda, Zəngəzurda, Bakıda, Qubada, Şamaxıda, Lənkəranda törətdikləri vəhşiliklər, insanlığa xas olmayan qanlı aksiyalar bu gün də lənətlə xatırlanır, öz miqyası və nəticələri ilə mədəni bəşəriyyəti heyrətləndirib sarsıdır. Bütövlükdə Azərbaycanın və azərbaycanlıların başına gətirilən müsibət və haqsızlıqlar elmi-tarixi fikrin çevrəsində olsa da, həmin hadisələrin tarixi-siyasi-hüquqi və mənəvi qiyməti verilməmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il dekabrın 18-i və 1998-ci il martın 26-da imzaladığı iki mühüm fərman - "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası haqqında" və "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları tariximizin iki yüzilliyi əhatə edən qaranlıq keçmişinə işıq salan ilk rəsmi sənəd oldu. Dövlət başçısının 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edən 26 mart tarixli fərmanı milli yaddaşımızı dirçəldən, tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına, tarixin yenidən və ağ ləkələrsiz yazılmasına təkan verən müstəsna siyasi-hüquqi və mənəvi sənəd sayıla bilər.

Sənəddə tarixə siyasi konyunkturadan kənar, məntiqi-rasionalist və elmi-faktoloji yanaşmanın təzahürü kimi Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsasının qoyulması haqlı olaraq 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə bağlanır. Soyqırımının məhz Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyi qeyd olunur. Göstərilir ki, İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər öz havadarlarının himayəsi altında erməni vilayəti adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular və belə bir süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. Qeyd etmək vacibdir ki, son iki yüz ildə azərbaycanlılara qarşı planlı soyqırımı siyasətinin əsas səbəbkarları indiki Ermənistanda yaşayan ermənilər və onların gəlmə sələfləridir. O sələflər ki, vaxtilə alaq otu kimi kök saldıqları Türkiyədən, İrandan, Suriyadan, Yunanıstandan, Livandan, Bolqarıstandan və Rumıniyadan Qərbi Azərbaycana - indiki Ermənistana köçüb gəliblər. Məhz bu proseslərin məntiqi nəticəsi olaraq 1905-1906-cı illərdə erməni-daşnak və rus qüvvələrinin əli ilə təkcə Qərbi Azərbaycanda deyil, Cənubi, Şimali və Şərqi Azərbaycanda da soydaşlarımıza qarşı böyük və ağlasığmaz qırğınlar törədildi.

Fərmanın tarixi, siyasi, ideoloji və hüquqi əhəmiyyəti var. Bütün bu istiqamətlər üzrə tezislər şəklində konseptual şərhi verilən məsələlər, heç şübhəsiz, son illər alim və mütəxəssislərimiz tərəfindən daha ətraflı şəkildə öyrənilir. Sənəddə erməni dairələrinin Azərbaycan xalqına qarşı yeritdiyi soyqırımı siyasəti mərhələlər üzrə və tam ideoloji zəmini ilə təsvir edilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

...1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı... Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər".

Tarixi faktlar şəhadət verir ki, 1905-1907-ci illərdə silahlı mütəşəkkil erməni dəstələri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda və Zəngəzurda kütləvi şəkildə azərbaycanlılara divan tutmuş, şəhər və kəndləri yandırmış, uşaqları, qocaları, qadınları misilsiz qəddarlıq və vəhşiliklə öldürmüşlər. Həmin dövrdə təkcə Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarında 75 Azərbaycan kəndi yerlə-yeksan olunmuş, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış məntəqəsi viran qoyulmuşdur. Erməni vandalizmindən canını güclə qurtarmış on minlərlə azərbaycanlı öz yurd yerlərini tərk etmək məcburiyyətində qalmış, bununla da Azərbaycanda tarixi artıq bir əsrə yaxınlaşmaqda olan həqarətli qaçqınlıq ənənəsinin əsası qoyulmuşdur.

Fərmanda göstərilir ki, Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə, daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdi (Milli Məclisin 1998-ci il 31 mart bəyanatından). Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz doğma yurdundan didərgin salmışlar. Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətl edilmiş, Şamaxıda 7 min nəfərədək əhali, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdü. Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağıdılmış və talan edilmişdi. Sənəddə Azərbaycan xalqına qarşı rus-sovet ideoloji dəstəyindən qida alan erməni təcavüzünün özünün ən müxtəlif və iyrənc formalarında sonrakı onilliklərdə də davam etdirildiyi əksini tapmışdır. Belə ki, ermənilər SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. Bununla paralel mədəni-mənəvi repressiya və təbliğat kampaniyası başladı. Mədəniyyət abidələrimizi, musiqimizi, ədəbiyyatımızı, klassik irsimizi oğurlayıb erməni nümunələri kimi təqdim etmək adi hal idi.

Belə bir fakt da diqqəti çəkməyə bilmir ki, 1935-ci ildən başlayaraq erməni millətçi ekstremistləri kütləvi şəkildə həm xəritələrdə, həm də 1917-1920-ci illərdə işğal olunmuş əzəli Azərbaycan torpaqlarında türk-Azərbaycan mənşəli coğrafi adların dəyişdirilməsinə başladılar. Bütövlükdə İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazisində yerləşən 18 min Azərbaycan mənşəli coğrafi ad "toponim soyqırımına" məruz qaldı (C.Əliyev, B.Budaqov "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı").

Bu, açıq-aşkar oğurluq idi - erməni millətinin spesifik, eləcə də əzəli və əbədi peşəsi.

Həyasız erməni təbliğatının antiazərbaycan fəaliyyəti ötən əsrin 80-ci illərinin ortalarında məxsusi vüsət aldı və ölkə rəhbərliyinin qətiyyətsizliyi, prinsipsizliyi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yaranmasını səbəbləndirdi. Münaqişənin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından - indiki Ermənistandan qovuldu. Ölkə rəhbərliyinin passiv mövqeyi getdikcə güclənməkdə olan xalq hərəkatını boğmaq məqsədilə 1990-cı ilin yanvarında Bakıya silahlı qoşun dəstələrinin yeridilməsi və 20 Yanvar faciəsi ilə nəticələndi. Yenə də qan, nifrət, qəzəb... Yüzlərlə günahsız azərbaycanlı məhv edildi, şikəst oldu, yaralandı. Tariximizin bu faciəsi də erməni barmağı olmadan keçinmədi.

Başlanğıcını 1988-ci ildən götürən erməni ekspansiyası, Dağlıq Qarabağda aparılan işğalçı müharibə və etnik təmizləmə azərbaycanlıların soyqırımı qurbanlarının sayını bir neçə dəfə artırdı. Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal edilmiş, 18 mindən çox həmvətənimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çoxu əlil olmuş, əsir və itkinlərimizin sayı 4 mini keçmişdir. 1992-ci il fevralın 26-da ötən əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində böyük bir yaşayış məntəqəsi Yer üzündən silinmiş, 63 nəfəri azyaşlı uşaq və 106 nəfəri qadın olmaqla 613 nəfər dinc əhali vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər sakin əsir götürülərək ağlasığmaz işgəncə, təhqir və həqarətə məruz qalmışdır.

Bütün bunların nəticəsi kimi təkcə XX əsrdə iki milyondan çox azərbaycanlı bu və ya digər şəkildə şovinist erməni dairələrinin və onların havadarlarının yürütdükləri soyqırımı siyasətinin təsirinə məruz qalmışdır.

Ulu öndərin fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirdikləri soyqırımı hadisələrindən yalnız birinə - 1918-ci il mart qırğınına Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən siyasi qiymət vermək cəhdi xatırlanır. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilir. Ümummilli liderin bu qərarı çox müdrik və uzaqgörən qərardır. Belə ki, məhz həmin sənədə istinad edərək rəsmi Bakı dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edə bilər ki, XIX-XX əsrlərdə erməni şovinist millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətini tanısınlar.

Həmin fərman erməni ideoloqlarının "məzlum erməni xalqının soyqırımı ilə bağlı yalançı təbliğatını ifşa etməklə həqiqi soyqırımın köklərini açıb bütün dünyaya faş edəcəkdir, təcavüzkarın və cəlladın əsl ünvanını açıb göstərəcəkdir. Sənədin tarixi əhəmiyyəti onunla səciyyələnir ki, tarixin yazılmasına konyunktur münasibət sovet beynəlmiləl ailəsində etnik zəmində münaqişələrin nəinki varlığını, hətta ehtimalını belə inadla rədd edir, törədilmiş milli qırğınların səbəbləri, təşkilatçıları və iştirakçıları uzun müddət xalqdan gizlədilirdi. Beləliklə, tarixdəki ağ ləkələrin ləğv edilərək əsl həqiqətin yazılması və gələcək nəsillərə çatdırılması fərmanın tarixi əhəmiyyətinə dəlalət edən ilkin şərtlər cərgəsindədir.

Fərmanın siyasi əhəmiyyəti isə daha geniş və konseptualdır. Baş vermış və günümüzdə də davam edən hadisələr Azərbaycanı müstəqil dövlət kimi məhv etmək, əhalisini qırmaq və qovmaqla ərazisinə sahib çıxmaq kimi məkrli və qəddar istilaçılıq siyasətinin tərkib hissəsi kimi tədqiq edilməlidir. Xalqımıza qarşı yönəlmiş düşmənçilik siyasəti diqqətlə və dərindən öyrənilib üzə çıxarılmalıdır. Ermənilər mütəşəkkil şəkildə soyqırımı təbliğatı aparmaqla dünya ictimaiyyətinin "məzlum" ermənilərin hüquqlarının səmimiliyinə inandırmağa çalışırlar. Azərbaycan tarixi həqiqətin onun tərəfində olmasından istifadə edib azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya hadisələrinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinə nail olmalıdır. Son illər bu sahədə xaricdəki lobbi və diaspor təşkilatlarımız tərəfindən əhəmiyyətli işlər görülməkdədir.

Fərmanın ideoloji əhəmiyyəti də önəmlidir. Belə ki, erməni təbliğat güruhu əliqanlı xalqının zaman-zaman törətdiyi cinayətləri unutdurmaq, beynəlxalq ictimaiyyətin zəndini azdırmaq məqsədilə minlərlə kitab buraxır, xəritələr nəşr edir, yalan və uydurmadan ibarət filmlər çəkir. Lakin Azərbaycanın son iki əsrdə başına gələn müsibətlər, 3 milyona yaxın soydaşımızın qırğınlara düçar olması, sürgünlərə göndərilməsi, repressiyalara məruz qalması və digər faktlar ideoloji təbliğ və təşviqini lazımi səviyyədə tapmır. Beynəlxalq hüququn subyektinə çevrilmiş həmin cinayətlər öz həqiqi tarixi-siyasi və hüquqi qiymətini almalıdır. Diasporla iş üzrə Dövlət Komitəsinin apardığı böyük işə ictimai təşkilatlar, hər bir azərbaycanlı öz dəstəyini verməlidir.

Ulu öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman bütün dünya azərbaycanlılarını düşmənə, terrora, mütəşəkkil erməniçilik siyasətinə qarşı mübarizədə sayıq və prinsipial olmağa, qətiyyət, yekdillik və fəallıq nümayiş etdirməyə səfərbər edən tarixi bir sənəd, tarixin hökmüdür.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2011.- 31 mart.- S. 3.