Sahil bağında gül bayramı

 

Dünən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sahil bağında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş gül bayramı keçirilmişdir.

Tədbirdə rayonun ərazisində yerləşən idarə müəssisələrin, o cümlədən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərb Universitetinin, lisey məktəblərin hazırladığı canlı süni güllərdən ibarət ekspozisiyalar nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2011.-3 may.- S. 12.