Azərbaycan Prezidenti İlham Əliyevin İmişli Ağcabədi rayonlarına səfəri

 

İmişlidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Saatlıya səfərini başa çatdıraraq İmişli rayonuna gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət istirahət parkında ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət istirahət parkında görülmüş işlər barədə məlumat verildi. Qeyd edildi ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılmış park salınmışdır. Burada rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 7 may.- S. 1.